11 Nisan 2010 Pazar

Azərbaycan xalqı bir sənətkarını itirdi


Akademik Milli Dram Teatrının aktyoru, Azərbaycanın xalq artisti Telman Adıgözəlov 57 yaşında vəfat edib.

Teatrın direktoru Maqbet Bünyadovun APA-ya verdiyi məlumata görə, görkəmli aktyor Aprelin 15-də saat 4.00 radələrində dünyasını dəyişib. T. Adıgözəlovun dünən bütün gün teatrda olduğunu deyən M. Bünyadovun sözlərinə görə, aktyor gecə saat 1.00 radələrində qızına özünü pis hiss etdiyini və yatmaq istədiyini bildirib. Az sonra atasının vəziyyətinin pisləşdiyini görən qızı təcili yardıma zəng edib. Lakin həkimlər onu xilas edə bilməyiblər. T. Adıgözəlovun infarktdan dünyasını dəyişdiyi bildirilir.

Adıgözəlov Telman Abbasqulu oğlu 1953-cü il iyulun 17-də Balakən rayonunda anadan olub. 1975-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. 1980-ci ildən Akademik Milli Dram Teatrında fəaliyyətə başlayan aktyor, teatr səhnəsində maraqlı obrazlar yaradıb. Bunlardan "Dəli yığıncağı"nda Zəncirvuran, "Xurşidbanu Natəvan"da Daşdəmir, "Mahnı dağlarda qaldı"da Rəhman, "Maqbet"də Flins, "Közərən ocaqlar"da Xanəhməd, "İblis"də Şeypurçu, "Vaqif"də Təlxək, "Nişanlı qız"da Çeşməkli kişi, "Qədr gecəsi"ndə Oyunbaz, "Ah Paris…Paris!.."də Əhməd, "Mənim sevimli dəlim"də Professor, "Hələ «sevirəm» deməmişdilər"də Qumarbaz obrazlarını göstərmək olar.
İstedadlı aktyor Dövlət televiziyasında hazırlanmış "Yaşıl eynəkli adam", "Ordan-burdan", "Qonşular", "Azərbaycanfilm" kinostudiyasında istehsal olunmuş "Nəsimi", "Üzü küləyə", "Mən dəniz sahilində böyümüşəm" kimi filmlərdə xarakterik rollar oynamışdır.
T. Adıgözəlov 2000-ci ildə Azərbaycanın "Əməkdar artisti” və 2006-cı ildə "Xalq artisti" fəxri adlarına layiq görülüb.

Bir qızı, bir oğlu var.

ALLAH RƏHMƏT ELƏSİN

Mukemmel oyunlar


Oyunlar

SƏFURƏ DANİMARKA VƏ İSLANDİYADA KONSERT VERƏCƏK


Gələn ay Norveçin paytaxtı Osloda keçiriləcək 55-ci “Eurovision” mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək Səfurə Əlizadənin “Drip drop” mahnısına klip çəkilişləri davam edir. Ukraynada aparılan çəkilişlər yaxın günlərdə bitəcək və klip aprelin 25-də təqdim olunacaq.

Bununla bağlı APA-ya açıqlama verən Eurovision” müsabiqəsinin Azərbaycan üzrə nümayəndə heyətinin rəhbəri Adil Kərimli deyib ki, klip ukraynalı rejissor tərəfindən çəkilir və klip mahnının mövzusuna, ritminə uyğundur.
A. Kərimlinin sözlərinə görə, hazırlıq proqramına uyğun olaraq Səfurə Əlizadə bir sıra xarici ölkələrdə konsert proqramları ilə çıxış edəcək: “Klip təqdim olunduqdan sonra təmsilçimizin Danimarka və İslandiyada konsert proqramı ilə çıxışı nəzərdə tutulur. Bundan sonra digər ölkələrdə də bu kimi konsertlərin təşkil ediləcəyi planlaşdırılır”.
Nümayəndə heyətinin rəhbəri bildirib ki, hazırda Səfurə Əlizadə səhnə görnüşü və performansı üzərində çalışmaqla bərabər, həm də ingilis dili biliklərini artırır: “Əsas odur ki, ifa və performans tamaşaçıların yadında qalsın. Hazırlıq prosesi mayın 15-dək tam yekunlaşacaq”.

“EUROVİSİON 2010”DA MAHNIMIZ FAVORİT OLUB


May ayında Osloda keçiriləcək “Eurovision-2010" mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək Səfurə Əlizadənin ”Drip drop" mahnısına Ukraynada klip çəkiləcək. itv.az saytı xəbər verir ki, bunu Səfurə Əlizadə Kiyevdə yerli mətbuata müsahibəsində deyib. O, klipin Ukrayna rejissoru tərəfindən mahnının mövzusuna və ritminə uyğun çəkiləcəyini söyləyib.

Azərbaycanı 55-ci “Eurovision” müsabiqəsindəki təmsilçisi İsveçdə tərtib edilən albomunun artıq hazır olduğunu açıqlayıb: “İki həftə ərzində bütün albomun mahnılarını hazırlamışam. Müsabiqəyə özümü tam hazır hiss edirəm. ”Eurovision" səhnəsinə çıxmağa hazıram".
Azərbaycanın mayın 27-də II yarımfinalda 7 rəqəmi altında çıxış etməsinə toxunan S.Əlizadə bu rəqəmin müsəlmanlar üçün müqəddəs hesab olunduğunu diqqətə çatdırıb: “Əsas odur ki, ifa və nömrə tamaşaçıların beynində həkk olunsun və yadda qalsın. Hazırda ən böyük arzum ”Eurovision" müsabiqəsində qalib gəlməkdir".
Qeyd edək ki, Səfurənin İsveçdə “Drip drop” mahnısını yeni versiyada - milli musiqi alətimiz neydən istifadə olunaraq ifa etməsi maraqla qarşılanıb. Ukrayna tamaşaçıları da “Drip drop” mahnısını 2010 yarışmasının favoriti kimi gördüklərini bildiriblər.

Dünyanın ən tənbəl ölkələri



Amerika Birləşmiş Ştatlarında dünyanın "ən tənbəl" ölkəsi seçilib. "Daily Beast" adlı internet saytının hazırladığı siyahı 4 kateqoriya əsasında hazırlanıb. Bunlar gündəlik qəbul edilən kalorinin miqdarı, gün ərzində televizor qarşısında oturmaq, idman etməmək və internetdə olmaq müddətidir. Bu kriteriyalar üzrə müvafiq məlumatlar isə BMT və Avropa Birliyinin qurumlarından əldə edilib.

Bütün bu kriteriyalar əsasında ABŞ dünyanın ən tənbəl ölkəsi seçilib. Belə ki, amerikalılar ən çox yemək yeyən və televizor qarşısında ən çox vaxt keçirən millət olub. ABŞ-ı Kanada və Belçika izləyir. Siyahının 4-cüsü isə Azərbaycanın qonşusu Türkiyədir. Türkiyə, əhalisi idmana çox vaxt ayırdığı üçün birinci olsa da, televizor qarşısında və intenetdə çox oturmağa görə "ən tənbəl" ölkələr siyahısına düşüb.

Bakıda yeni bir Qız Qalası tikiləcək


Azərbaycanın paytaxtı Bakı şəhərində daha bir*Qız Qalası*inşa olunacaq. Tikiləcək Qız Qalasının artıq layihəsi də hazırdır.



Bakıda ikinci Qız Qalası tikiləcək. Şüşədən tikiləcək yeni Qız Qalasının layihəsini Alamaniya şirkəti hazırlayıb. Hazırda layihə ilə bağlı bir çox detalları dəqiqləşdirmək üçün hökümətlə Almaniya şirkəti arasında danışıqlar aparılır.
məsələ ilə bağlı danışıqlar aparılır.
XI1-XII-ci əsrə aid edilən və Bakının simvolu sayılan Qız qalasının oxşarı olacaq binanın təxminən 50 milyon ABŞ dollarına başa gələcəyi bildirilir.
Binada bir çox şirkət və qurumların ofisləri fəaliyyət göstərəcək. Amma yeni Qız Qalasının harada inşa olunacağı isə hələlik bəlli deyil. Bununla belə, onun öz əsli ilə bir xətdə- Milli Parkın digər başında yerləşdiriləcəyi ehtimal edilir.