11 Nisan 2010 Pazar

“EUROVİSİON 2010”DA MAHNIMIZ FAVORİT OLUB


May ayında Osloda keçiriləcək “Eurovision-2010" mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək Səfurə Əlizadənin ”Drip drop" mahnısına Ukraynada klip çəkiləcək. itv.az saytı xəbər verir ki, bunu Səfurə Əlizadə Kiyevdə yerli mətbuata müsahibəsində deyib. O, klipin Ukrayna rejissoru tərəfindən mahnının mövzusuna və ritminə uyğun çəkiləcəyini söyləyib.

Azərbaycanı 55-ci “Eurovision” müsabiqəsindəki təmsilçisi İsveçdə tərtib edilən albomunun artıq hazır olduğunu açıqlayıb: “İki həftə ərzində bütün albomun mahnılarını hazırlamışam. Müsabiqəyə özümü tam hazır hiss edirəm. ”Eurovision" səhnəsinə çıxmağa hazıram".
Azərbaycanın mayın 27-də II yarımfinalda 7 rəqəmi altında çıxış etməsinə toxunan S.Əlizadə bu rəqəmin müsəlmanlar üçün müqəddəs hesab olunduğunu diqqətə çatdırıb: “Əsas odur ki, ifa və nömrə tamaşaçıların beynində həkk olunsun və yadda qalsın. Hazırda ən böyük arzum ”Eurovision" müsabiqəsində qalib gəlməkdir".
Qeyd edək ki, Səfurənin İsveçdə “Drip drop” mahnısını yeni versiyada - milli musiqi alətimiz neydən istifadə olunaraq ifa etməsi maraqla qarşılanıb. Ukrayna tamaşaçıları da “Drip drop” mahnısını 2010 yarışmasının favoriti kimi gördüklərini bildiriblər.

Hiç yorum yok:

Yorum Gönder