29 Nisan 2010 Perşembe

BAKIDA MENDELEYEV OLIMPIADASI BAŞLAYIB





Ölkəmizdə 44-cü beynəlxalq Mendeleyev olimpiadası start götürüb

14 ölkədən 87 məktəbli kimya üzrə öz biliklərini sınayacaq. Beynəlxalq Mendeleyev Olimpiadası öz işinə başlayıb.

44-cüsü baş tutan Olimpiadanın açılış merasimində çıxış edən təhsil naziri Misir Mərdanov tədbirin ikinci dəfə müstəqil Azerbaycanda keçirilməsindən duyduğu memnuniyyəti dilə getirdi.

Olimpiadanın qaliblərini münsiflər heyəti müəyyənləşdirəcək. Münsiflər heyətinin tərkibi bir sıra ölkələrdən olan və müxtəlif təhsil müəssisələrində çalışan görkəmli kimyaçı alimlərdən, orta məktəblərdə kimya fənnini tədris edən müəllimlərdən ibarətdir.

Olimpiadanın nəticələri mayın 3-də elan olunacaq. Olmipiadada qalib gələn iştirakçılar Moskva dövlət üniversitetində imtahansız ali təhsil almaq şansı əldə edəcəklər.

Hiç yorum yok:

Yorum Gönder