29 Nisan 2010 Perşembe

BAKIDA MENDELEYEV OLIMPIADASI BAŞLAYIB





Ölkəmizdə 44-cü beynəlxalq Mendeleyev olimpiadası start götürüb

14 ölkədən 87 məktəbli kimya üzrə öz biliklərini sınayacaq. Beynəlxalq Mendeleyev Olimpiadası öz işinə başlayıb.

44-cüsü baş tutan Olimpiadanın açılış merasimində çıxış edən təhsil naziri Misir Mərdanov tədbirin ikinci dəfə müstəqil Azerbaycanda keçirilməsindən duyduğu memnuniyyəti dilə getirdi.

Olimpiadanın qaliblərini münsiflər heyəti müəyyənləşdirəcək. Münsiflər heyətinin tərkibi bir sıra ölkələrdən olan və müxtəlif təhsil müəssisələrində çalışan görkəmli kimyaçı alimlərdən, orta məktəblərdə kimya fənnini tədris edən müəllimlərdən ibarətdir.

Olimpiadanın nəticələri mayın 3-də elan olunacaq. Olmipiadada qalib gələn iştirakçılar Moskva dövlət üniversitetində imtahansız ali təhsil almaq şansı əldə edəcəklər.

18 Nisan 2010 Pazar

Sevgi olcer

Chat

Pul saymaq ağrıları azaldır


Alimlerin fikrince, elinde pul tutan insan özünü daha deyerli sayır




ABŞ-da aparılan elmi araşdırma neğd pula el vurmağın ağrıların azaldtıdığını sübut edib. Alimler müeyyen edibler ki, ağrıverici veziyyetlerden evvel pula el vurmaq ağrıların hiss edilmesinin qarşısını ala biler.

Minessota Uriversitetinde aparılan elmi araşdırmada bir qrup telebeye 80 eded 100 dollarlıq banknotları saymaq teklif olunub. Başqa bir qrupa ise pul evezine saymaq üçün 80 eded boş kağız verilib. Sonra ne qeder döze bileceklerini yoxlamaq üçün teleberin hamısının ellerini qaynar su ile dolu qaba salmalarını istenilib. Bir az evvel ellerini heqiqi banknotlara vuran telebelerin daha az ağrı hiss etdiyi müeyyen edilib.

Alimlerin fikrince, elinde pul tutan insan özünü daha deyerli sayır ve özü-özünü telqin yolu ile ağrıları daha az hiss edir.

11 Nisan 2010 Pazar

Azərbaycan xalqı bir sənətkarını itirdi


Akademik Milli Dram Teatrının aktyoru, Azərbaycanın xalq artisti Telman Adıgözəlov 57 yaşında vəfat edib.

Teatrın direktoru Maqbet Bünyadovun APA-ya verdiyi məlumata görə, görkəmli aktyor Aprelin 15-də saat 4.00 radələrində dünyasını dəyişib. T. Adıgözəlovun dünən bütün gün teatrda olduğunu deyən M. Bünyadovun sözlərinə görə, aktyor gecə saat 1.00 radələrində qızına özünü pis hiss etdiyini və yatmaq istədiyini bildirib. Az sonra atasının vəziyyətinin pisləşdiyini görən qızı təcili yardıma zəng edib. Lakin həkimlər onu xilas edə bilməyiblər. T. Adıgözəlovun infarktdan dünyasını dəyişdiyi bildirilir.

Adıgözəlov Telman Abbasqulu oğlu 1953-cü il iyulun 17-də Balakən rayonunda anadan olub. 1975-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. 1980-ci ildən Akademik Milli Dram Teatrında fəaliyyətə başlayan aktyor, teatr səhnəsində maraqlı obrazlar yaradıb. Bunlardan "Dəli yığıncağı"nda Zəncirvuran, "Xurşidbanu Natəvan"da Daşdəmir, "Mahnı dağlarda qaldı"da Rəhman, "Maqbet"də Flins, "Közərən ocaqlar"da Xanəhməd, "İblis"də Şeypurçu, "Vaqif"də Təlxək, "Nişanlı qız"da Çeşməkli kişi, "Qədr gecəsi"ndə Oyunbaz, "Ah Paris…Paris!.."də Əhməd, "Mənim sevimli dəlim"də Professor, "Hələ «sevirəm» deməmişdilər"də Qumarbaz obrazlarını göstərmək olar.
İstedadlı aktyor Dövlət televiziyasında hazırlanmış "Yaşıl eynəkli adam", "Ordan-burdan", "Qonşular", "Azərbaycanfilm" kinostudiyasında istehsal olunmuş "Nəsimi", "Üzü küləyə", "Mən dəniz sahilində böyümüşəm" kimi filmlərdə xarakterik rollar oynamışdır.
T. Adıgözəlov 2000-ci ildə Azərbaycanın "Əməkdar artisti” və 2006-cı ildə "Xalq artisti" fəxri adlarına layiq görülüb.

Bir qızı, bir oğlu var.

ALLAH RƏHMƏT ELƏSİN

Mukemmel oyunlar


Oyunlar

SƏFURƏ DANİMARKA VƏ İSLANDİYADA KONSERT VERƏCƏK


Gələn ay Norveçin paytaxtı Osloda keçiriləcək 55-ci “Eurovision” mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək Səfurə Əlizadənin “Drip drop” mahnısına klip çəkilişləri davam edir. Ukraynada aparılan çəkilişlər yaxın günlərdə bitəcək və klip aprelin 25-də təqdim olunacaq.

Bununla bağlı APA-ya açıqlama verən Eurovision” müsabiqəsinin Azərbaycan üzrə nümayəndə heyətinin rəhbəri Adil Kərimli deyib ki, klip ukraynalı rejissor tərəfindən çəkilir və klip mahnının mövzusuna, ritminə uyğundur.
A. Kərimlinin sözlərinə görə, hazırlıq proqramına uyğun olaraq Səfurə Əlizadə bir sıra xarici ölkələrdə konsert proqramları ilə çıxış edəcək: “Klip təqdim olunduqdan sonra təmsilçimizin Danimarka və İslandiyada konsert proqramı ilə çıxışı nəzərdə tutulur. Bundan sonra digər ölkələrdə də bu kimi konsertlərin təşkil ediləcəyi planlaşdırılır”.
Nümayəndə heyətinin rəhbəri bildirib ki, hazırda Səfurə Əlizadə səhnə görnüşü və performansı üzərində çalışmaqla bərabər, həm də ingilis dili biliklərini artırır: “Əsas odur ki, ifa və performans tamaşaçıların yadında qalsın. Hazırlıq prosesi mayın 15-dək tam yekunlaşacaq”.